Baş xəbər, Müsahibə
04.04.2017 / 15:04

"Terror hadisəsinin törədildiyi məkan və zaman da elə seçilib ki, həm Putin Sankt Peterburqda olsun"- siyasi şərhçi

"Terror hadisəsinin törədildiyi məkan və zaman da elə seçilib ki, həm Putin Sankt Peterburqda olsun"-Sank-Peterburqda metroda baş verən partlayışla bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün əməkdaşımız Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyevlə əlaqə saxlayıb.

Siyasi şərhçı hadisəylə bağlı suallara belə cavab verib:

-Arzu müəllim, Sankt_Peterburqda metroda baş verən partlayış insanlığa qarşı daha bir acı hücum oldu. Müxtəlif ehtimallar irəli sürülür. Sİzcə bu partlayış terrordusa, radikal İslami qruplaşmalar tərəfindən törədilib, yoxsa Amerikanın əli var?

-Düşünürəm ki, Rusiya hüquq-mühafizə orqanları bir neçə versiya üzərində, o cümlədən məişət, kriminal və terror aktı ehtimalları üzərində işləyəcəklər. Terrorun və partlayıcının gücü göstərir ki, bu birmənalı şəkildə terrordur.

İcracılara gəldikdə isə bu İŞİD-in dəsti xətti olmasa da ona biət etmiş qruplardan ola bilər. Zənnimcə Sankt Peterbutqda əsasən Orta Asiyadan olan islami qruplaşmalar daha çox olduğu üçün əsasən onlar ola bilərlər.

Eyni zamanda Şimali Qafqazdakı qruplar da bu sıradadırlar. Terror hadisəsinin törədildiyi məkan və zaman da elə seçilib ki, həm Putin Sankt Peterburqda olsun.
Həmçinin onu da qeyd edim ki, çoxsaylı jurmnalistlər də tədbirlə əlaqədar bu şəhərdə idilər.

-Metroda və digər nəqliyyat vasitələrində belə hadisələrin baş verməsində təhlükəsizliyə nəzarət edən əlaqədar qurumların diqqətsizliyini önəmsəmək olar yoxsa, diqqət olsa belə yenə baş verə biləcək hadisələrdi?

-Təbii ki,terrodan heç bir dövlət və şəhər ,infrastruktur sığortalanmayıb.Dünya məsələsinə gəldikdə bu da bir metoddur ki,istifadə edilir, Rusiya və ya digər dövlətlər Suriyada,İraqda və bir sıra bölgələrdə koalisuyada təmsil olunduqları üçün bu proseslər də davam edə bilər.

Metropolitendə təhlükəsizlik təmin edən hüquq mühafizə orqanları da öz işələrinə məsuliyyətsiz yanaşıblar.

İnform.az

Baxış sayı: 641