Şərhlər
04.04.2017 / 14:48

XX əsrin 2-ci yarısında Amerikada zəncilərin azadlıq hərəkatına baxış- Amerikada (Foto)

XX əsrin 2-ci yarısında Amerikada zəncilərin azadlıq hərəkatına baxış-
Ramiz Səmədov

II yazı


Əvvəli burada http://inform.az/index.php?newsid=25250

İçindəki zənci ruhunu hekayənin növbəti hissəsi üçün saxlaya bilmisən? Hələ də azadlığına qovuşmaq üçün hər şeyi etməyə hazırsan? Qəfəsdən ayrılmaq istəyirsən, amma bunu heç kəsə ziyan vurmadan etmək arzusundasan? Heç də asan görünmür bilirəm, ağların idarə etdiyi dünyada qara hüquqlarını daha da artırmaq. Di gəl ki, bunun da bir yolu var. Sənə maraqlı gəldisə gənclik illərinin idealı ola biləcək nüvbəti şəxsiyyət haqqında sənə danışım.

Maykl Kinq 15 yanvar 1929-cu ildə Atlantada baptist ailəsində anadan olub. Atası ilə eyni adı və soyadı daşıyan Maykl Almanyada Dünya Baptist Yığıncağında iştirak edərkən adını alman inqilabçısının şərəfinə Martin Luter olaraq dəyişir. Ailə ənənələrinə meyllənərək uşaq yaşlarında kilsə xorunda iştirak edir.

Məktəbə başlayarkən irqçi təhsil sisteminə görə ağdərili uşaqlıq dostundan uzaqlaşmalı olur. İrqi ayrıseçkilik hələ yeniyetmə yaşlarından kinqi depressiyaya salır.
On iki yaşında intihara cəhd etsə də sağ qalır. Məktəb dövründə Kinq xristian dininə skeptik yanaşmağa başlayır və isanın yenidən doğulmasını inkar edir. O məktəbdə nitqlərinə görə tanınmış, debat klubun üzvü olur.

Avtobus sürücülərindən tutmuş müəllimlərə qədər sırf zənci olduğuna görə fərqli münasibət görən Kinq 9-cu və son sinif təhsilindən imtina edir. Sonradan Morhaus Kollecinə daxil olan 1948-ci ildə BA dərəcəsiylə sosiologiya ixtisası üzrə məzun olan Luter Kinq təhsilini Pensilvaniyada Teologiya üzrə davam etdirir. Təhsil prosesindən heç vaxt ayrılmayan Kinq 18 yaşından fəal gənc olaraq tanınmağa başlayır.

1953-cü il 18 iyunda Koretta Skot ilə ailə quran şəxsiyyət həyat yoldaşının ev qadını olmasını istəyir və onu siyasi məsələlərdən uzaqlaşdırır. Lakin həyatının son günlərinə kimi bütün təhlükələrə baxmayaraq ən böyük dəstəkçisi elə Koretta olur.

1955-ci ilin martında 15 yaşlı ailə qurmamış hamilə Klodit Kolvin, dekabrda isə Roza Park Montqomeri avtobusunda ağdərili şəxslərə yerlərini vermədikləri üçün cəzalandırılırlar.Nikson tərəfindən Montqomeri avtobus boykotu kompaniyası təşkil olunur. 385 gün davam edən boykota Martin Luter Kinq başçılıq edir. Vəziyyət o qədər qızışır ki, Kinqin evi bombalanır və özü həbs olunur. Bu hadisədən sonra o milli fiqura çevrilir.

1957-ci ildə Martin Luter Kinq digər qara siyasi fəallarla birlikdə Cənubi Xristian Liderlik Konfransını yaradır və ölənə qədər bu təşkilata başçılıq edir.
1963-cü ildən ev telefonuna FBİ tərəfindən edilən zənglərlə yanaşı təhdid dolu səsyazmaların da ardı arası kəsilmir.

Kinq bir çox yürüşlər təşkil edir, zəncilərin səsvermə, seçim hüquqları üçün mübarizə aparır. Bu yığıncaqların 1964-cü ildə qəbul olunan Sivil Hüquqlar Aktı kimi müsbət nəticələri olub.
Seçdiyi “sakit mübarizə” yoluna görə Malkolm X də daxil olmaqla bir çox fəallar ona qarşı mövqe tutmuş, hər dəfə “Avropa kolonizasiyasına başçılıq edənlər bizə qarşı heç də sakit olmayıb” kimi fikirlərlə onun azadlıq ideyalarını gücsüz saymışlar.

Albany hərəkatı, Birminqem kampaniyası, Selma yürüşü kimi böyük yığıncaqları ağıllı şəkildə, bütün qanunlara əməl edərək təşkil edən Martin Luter Kinq və yandaşları bu dövrlərdə həbs, təhdid kimi problemlərlə üzləşsələr də ideyalarından əl çəkmirlər.

Hərəkatının ən yüksək nöqtəsinə 1963-cü ildə Vaşinqtonda çatan Kinq paytaxt yürüşündə ən böyük altı zənci fəallar arasında yer alır. Malkolm X bu yürüşə qoşulmur və müsəlman qaradərililərə bu yürüşə qatılmağı qadağan edir.

Kinq Vaşinqtonda “Bir arzum var”başlığıyla ağıllarda qalan məşhur nitqini səsləndirir. Bütün zənci hərəkatları kimi Martin Luter Kinq ətrafında birləşən qaralarla bərabər vyetnam müharibəsini dəstəkləmir və bununla bağlı yığıncaqlar təşkil edir.

1968-ci ildə Memfis, Tennessiyə zənci hərəkatına dəstək olmaq üçün gedən Kinq adəti üzrə Lorein oteldə 306-cı otaqda qalır. Hər səfərində eyni otağı istifadə etdiyi hamıya məlum olan fəal aprelin 4-ündə Ceyms Erl Rey tərəfindən güllələnir. Əməliyyatın heç bir köməyi olmur və Martin Luter Kinq xəstəxanada dünyasını dəyişir.

Mən səni yormamaq üçün eynilə Malkolm X kimi Martin Luter Kinqin də həyatının yalnız açar nöqtələri haqqında danışdım. Əgər bu mövzuyla bağlı marağını oyatdımsa Kinq haqqında yazılmış kitabları oxuya, “Selma” kimi filmlərə baxa bilərsən.

İndi isə qərar anıdır. Əziz qaradərili dostum, bir tərəfdə “gözə göz, dişə diş” deyən militan müsəlman Malkolm X, digər tərəfdə isə pasifist və sülhməramlı xristian Martin Luter Kinq. Səncə hansı düzgün idealogiya yaradıb?

Səncə hansı azadlığa daha çox yaxınlaşıb? Hansının fikirləri insanlığın gələcəyinə öz təsirini göstərə bilib? Sən onlardan hansının arxasıyca getməyi düşünərdin?

Fikirlərini aşağıda qeyd etdiyim sosial hesab ünvanlarına göndər ki, mənimçün çox önəmli mövzu olan qaradərili insanlar haqqında müzakirə edə bilək.

Bir şeyi də unutma: İrqlər, dinlər, ölkələr, bayraqlar insanları bir-birindən ayırmaq üçün vasitələrdir. Çalış ki, bu barədə öz vicdanın qarşısında qərarlar verə biləsən. Vaxtını mənə ayırdığın üçün təşəkkürlər.

XX əsrin 2-ci yarısında Amerikada zəncilərin azadlıq hərəkatına baxış-


Mail: ramizonewinged@gmail.com
Facebook: Ramiz Səmədov (therealnigga)
Twitter: @ramizonewinged

Inform.az

Baxış sayı: 785