Baş xəbər, Siyasət, Müsahibə
04.04.2017 / 11:47

"Dünya əhəmiyyətli tribunalardan Qazaxıstan və Azərbaycan eyni mövqedən çıxış edə bilərlər və belə də olur"- Arzu Nağıyev

"Dünya əhəmiyyətli tribunalardan Qazaxıstan və Azərbaycan eyni mövqedən çıxış edə bilərlər və belə də olur"-Azərbaycan-Qazaxsıtan münasibətləriylə bağlı İnform.az-ın suallarını Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev belə cavablandırıb:

-Arzu müəllim, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi Türk dünyası üçün hansı məqamlara aydınlıq gətirə bilər?

-Düşünürəm ki, iki dövlət arasında olan münasibətlər hər ikisi üçün mühüm əhəmiyyət kəsb edir. Qazaxıstan Azərbaycanla bir yerdə qədim ənənləri yaşadan və bu istiqamətdə mühüm addımlar atan dövlətdir. Bu həm mədəni, həm də digər əlaqələrin inkişafında mühüm şərt və amildir. Məhz buna görə də dünya əhəmiyyətli tribunalardan Qazaxıstan və Azərbaycan eyni mövqedən çıxış edə bilərlər və belə də olur.

-"Qazaxıstan-Azərbaycan münasibətləri heç vaxt və heç bir halda pozulmayıb"-Nazarbayevin bu fikri sizcə kimlərə mesajdi?

Bu dünyəvi bir messajdır və tarixi əhıəmiyyəti var. Baxmayaraq ki, Qazaxıstan KTMT-nin üzvüdür və hətta Ermənistanla bir yerdə təmsil olunur,daima Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış edir və mühüm messajlar verir.

-İki ölkə arasında müxtəlif sahələrdə müqavilələr imzalandı. Onlardan biri də“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2017-2018-ci illər üzrə Əməkdaşlıq Proqramı"-dır. Sizcə bu sənəd ölkəmiz üçün nə kimi perspektivlər yarada bilər?

Əsa məqamlardan biri iqtisadi məsələlərdir. Bu gün hər iki dövlət “Cənub-Şimal” dəhlizindən istifadə edəcək və İpək yolunun bərpası üzərində mühüm işlər görəcəkdir.

Hər iki dövləti Xəzər dənizi ilə bağlı mühüm və demək olar ki, beynəlxalq əhəmiyyətli layihələri var və həyata keçirilməsi üçün hər cür imkanları mövcuddur.

İnform.az

Baxış sayı: 702