Din
03.04.2017 / 17:28

“İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində tədbir keçirilib- Lənkəranda (Fotolar)

“İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində tədbir keçirilib-
Bu gün Cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Cil kənd R.İbadov adına tam orta məktəbində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov,Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, Lənkəran bölgəsi üzrə şöbənin əməkdaşları, müəllimlər, şagirdlər, ziyalılar iştirak ediblər.

Tədbirin əvvəlində 2016-cı il aprel döyüşlərində dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq, dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən danışıb.

Çıxış edən Cil kənd R.İbadov adına tam orta məktəbin direktoru Ağamoğlan Həbibov İslam dininin sülh, qardaşlıq dini olduğunu, insanları həmrəyliyə, birliyə çağırdığını qeyd edib.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Vətənpərvərliyin müqəddəs hiss olduğunu, vətən uğrunda şəhid olanların hər birimiz üçün nümunə olduğunu bildirib.

Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov çıxışında məktəblərdə vətənpərvərlik ruhunda keçirilən belə maarifləndirici tədbirlərin önəmini vurğulayaraq, Azərbaycan gənclərinin dövlətinə, xalqına bağlı gənclər olduğunu diqqətə çatdırıb.

Cil kənd “Hüseyniyyə” məscidinin axundu, dini icmanın sədri Əliəşrəf Əliyev İslamda vətən sevgisinin aliliyindən danışıb.

Cil kənd R.İbadov adına tam orta məktəbin Rus dili müəlllimi Səbirə Xurşudova İslam dininin qadınlara verdiyi dəyər, qiymət, qadınların müqəddəsliyi haqqında fikirlərini bildirib.
Sonra şagirdlərin ifasında “Vətənpərvərlik”, “Şəhidlik” mövzularında şerlər səsləndirilib.

Tədbirdən sonra 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Cil kənd sakini Əlizaman İslamovun məzarı ziyarət edilərək, ruhuna dualar oxunub.

“İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində tədbir keçirilib-


“İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində tədbir keçirilib-


“İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində tədbir keçirilib-


İnform.az






Baxış sayı: 309