Baş xəbər, Dünya
03.04.2017 / 16:57

Putinə “Qatil” deyən aparıcı təcavüzkar imiş

Putinə “Qatil” deyən aparıcı təcavüzkar imiş
O, qadın həmkarlarına zəng edərək onları şantaj edirmiş.

Rusiya prezidenti Vladimir Putinə “Qatil” deyən və üzr istəməyən “Fox News”un aparıcısı Bill O Relli qadınlara qarşı təcavüz və digər cinayətlərdə təqsirləndirilir.

İstiPress “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, jurnalist təcavüz etdiyi beş qadına susmaları müqabilində 13 milyon dollar ödəyib.

Bəzi qadınlar deyir ki, O Relli onlara zəng edərək əvvəlcə işlə bağlı tövsiyyələr verir, yaxınlıq edir, daha sonra isə onlarla cinsi əlaqəyə girməyə çalışır. Bundan imtina edənləri isə karyeralarını bitirməklə hədələyir.

Bill O Relli ona yönələn ittihamları rədd edir.

Xatırladaq ki, fevral ayında, verilişdə ABŞ prezidenti barədə danışan O Relli, Rusiya prezidentini “Qatil” adlandırmışdı. İctimaiyyətin diqqətini çəkən bu ifadədən sonra Kreml jurnalistdən üzr istəməsini gözləmiş, lakin, O Relli bundan imtina etmişdi.

İnform.az

Baxış sayı: 456