Dünya
01.04.2017 / 00:30

ABŞ 11 KXDR vətəndaşına qarşı sanksiyalar tətbiq edib

ABŞ 11 KXDR vətəndaşına qarşı sanksiyalar tətbiq edibABŞ Koreya Xalq Demokratik Respublikasının (KXDR) 11 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onlardan 3-ü Rusiyada, digərləri isə Çində, Vyetnamda və Kubada yaşayırlar.

"Bugünkü sanksiyaların məqsədi Şimali Koreya hökumətinin qanunsuz nüvə proqramının maliyyələşdirilməsi üçün istifadə etdiyi metodları və şəbəkələri dağıdmaqdır", - ABŞ maliyyə naziri Stiven Mnuçin deyib.

İnform.az

Baxış sayı: 237