Din
28.03.2017 / 14:00

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib- Astarada

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib-

Martın 28-də Astara rayonu Lovayın kənd məscidində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə İnform.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsindən məlumat verilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları ,din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov çıxışında mənfur qonşularımız olan ermənilər tərəfindən xalqımıza qarşı əsrlər boyu törədilmiş soyqırımı siyasətinin tarixi kökləri haqqında məlumat verib.
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli tarixin müxtəlif dönəmlərində erməni qəsbkarlarının Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdüklərini xatırladıb.
Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov isə ermənilər kimi düşmən qonşularımıza qarşı barışmaz olmağımızı və gələcək nəslin bu ruhda tərbiyə olunmasının vacibliyini vurğulayıb.
Mövzu ətrafında çıxış edən digər natiqlər - Lovayın kənd məscidinin imamı Nurəddin Mərifov, Kijəbə qəsəbə məscidi dini icmasının sədri Ələkbər İsayev, ilahiyyatçı Mahir Şəkərov, Lovayın kənd tam orta məktəbinin müəllimi Müsair Qənbərov, kənd sakini Rahil Nəzərov bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib-


İnform.az

Baxış sayı: 259