Baş xəbər, Din
30.03.2017 / 13:51

“Fitnə” sənədli filmi nümayiş etdirilib- Lənkəran Tibb Kollecində

“Fitnə” sənədli filmi nümayiş etdirilib-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran şəhər Gənclər və İdman idarəsi və Lənkəran Tibb kollecinin birgə təşkilatçılığı ilə Lənkəran Tibb Kollecində dini radikalizm və onun fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilib.

Bu barədə İnform.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsindən məlumat verilib.

Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin, Lənkəran şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, Lənkəran Tibb kollecinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu bildirib.
Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü, “Multikulturalizm ili”nin davamı kimi Cənab Prezident tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırıb.
Lənkəran Tibb kollecinin tələbə-gənclər təşkilatının sədri Nərmin Həsənzadə tələbə-gənclər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının zəruriliyini vurğulayıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib və dini-maarifləndirici kitablar Tibb kollecinin kitabxanasına hədiyyə olunub.

“Fitnə” sənədli filmi nümayiş etdirilib-


“Fitnə” sənədli filmi nümayiş etdirilib-


“Fitnə” sənədli filmi nümayiş etdirilib-


İnform.az

Baxış sayı: 503