Sosial, Hadisə
28.03.2017 / 01:06

Tovuzda güclü külək fəsadlar törədib

Tovuzda güclü külək fəsadlar törədibTovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində də müəyyən fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanında mənzildə isə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində yaranıb.

İnform.az

Baxış sayı: 232