Baş xəbər, Siyasət
28.03.2017 / 00:43

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 98-ci ildönümüdür

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 98-ci ildönümüdürBu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti orqanı işçilərinin peşə bayramıdır.
İnform.az-ın məlumatlna görə 1918-ci ildə Azərbaycan Xalq Cünhuriyyəti müstəqilliyini bərpa etdikdən sonra, 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edilib.

Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb.

Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılıb.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əsasnaməsi, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, fəaliyyətə aid qanunvericiliyə əsasən qəbul olunmuş mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının qanunları çərçivəsində Azərbaycan Respublikası tərəfindən bağlanmış beynəlxalq müqavilələr təşkil edir.
Bu fəaliyyət insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.

Biz də İnform.az ailəsi olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti orqanlarında çalışan insanları təbrik edir, onlara Dövlətimizin əbədi sabitliyi yolunda göstərdikləri fəaliyyətlərində uğurlar diləyirik.

İnform.az

Baxış sayı: 909