Dünya, Din
27.03.2017 / 13:04

Qızının soyadını Allah qoymaq istədi, amma...

Qızının soyadını Allah qoymaq istədi, amma...
Amerikalı cütlük məhkəməyə müraciət edib.

ABŞ-ın Corciya ştatında ailələrdən biri 2 yaşlı qızına Allah soyadını qoymaq istəyib. Bunun üçün Elizabet Hendi və Bilal Uolk cütlüyü müvafiq dövlət qurumuna müraciət etsə də, rədd cavabı alıb.

İstiPress-in məlumatına görə, ailəyə bildiriblər ki, ştatın qanunlarına əsasən qıza ya ata- anasının soyadı qoyula, ya da ölkə ənənələrinə uyğun başqa soyad seçilə bilər.

Rədd cavabı alan ailə məhkəməyə müraciət edib. Əgər məhkəmə ailənin xeyrinə qərar çıxarsa, qızın adı Zaliha İzyaşnaya Lorrayna Allah olacaq.

Türkiyədə də analoji hadisə baş verib. Fevral ayının ortalarında ailələrdən biri övladına “Evet” adını verib. Bu ad aprelin 16-da keçiriləcək konstitusiyaya dəyişikliklə bağlı referenduma görə qoyulub.

Ötən ilin yay aylarında isə misirli jurnalist və tərcüməçi Moamen Muxtar Rusiya prezidentinin şərəfinə oğlunun adını Vladimir Putin qoyub.

İnform.az

Baxış sayı: 907