Baş xəbər, Maqazin
27.03.2017 / 01:07

Aygün Kazımova yenə məşhur mükafata namizəd oldu

Aygün Kazımova yenə  məşhur mükafata namizəd oldu
Xalq artisti Aygün Kazımova ikinci dəfə Almaniyada keçiriləcək "DAF BAMA Music Awards 2017" mükafatlandırma mərasiminə qatılacaq.

İnform.az Axşam.az-ın məlumatına istinadən xəbər verir ki, ötən gün mərasimin rəhbərliyi iştirakçılara veriləcək nominasiyaların adlarını açıqlayıb. Onlar arasında A.Kazımovanın da adı var.

Qeyd edək ki, ötən il Almaniyanın Hamburq şəhərində keçirilən mükafatlandırma mərasimində də ölkəmizi Aygün Kazımova təmsil edib. O, "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.

İnform.az

Baxış sayı: 682