Hadisə
27.03.2017 / 00:19

Bulvarda dəhşətli İNTİHAR

Bulvarda dəhşətli İNTİHAR
Dərhal Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Fövqəladə Hallar Nazirliyindən İstiPress-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

İnform.az

Baxış sayı: 350