Baş xəbər, İdman
24.03.2017 / 11:54

UEFA Rusiyanın Azərbaycana rəqib olmasına imkan vermədi

UEFA Rusiyanın Azərbaycana rəqib olmasına imkan vermədiRusiya 2018/2019 mövsümündə UEFA klub yarışlarının finallarından heç birinə iddia edə bilməyəcək.

Apasport.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə açıqlamanı UEFA-nın baş katibinin müavini Corcio Marketti verib.

Belə ki, 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqası, həmçinin qadın futbolçuların analoji yarışı və UEFA Superkuboku finallarının keçirilmə yerinin müəyyənləşdirilməsi 9 dekabr 2016-cı ildə başlayıb. Assosiasiyalar ilkin marağını 27 yanvar 2017-ci ilə qədər bildirmək hüququna malik olublar. Sifarişlər isə bu il iyunun 6-na qədər təqdim edilməlidi.

Maraqlıdı ki, Rusiya da Çempionlar Liqasının finalına iddia edib. Lakin onların bu istəklərinin hələlik həyata keçməyəcəyi məlum olub. Marketti bildirib ki, Çempionlar Liqasının finalına yalnız 2 arena iddia edir. Bunlar Bakının Olimpiya və Madridin “Metropolitano” stadionlarıdı. Sentyabrda UEFA İcraiyyə Komitəsi bunların arasında seçim edəcək.

Baş katibinin müavini vurğulayıb ki, artıq yeni namizədlərin qəbulu mümkün deyil: “Final oyunlarının keçirilməsinə yalnız fevralda açıqladığımız şəhərlər iddia edəcəklər. Yeni namizədlərin qəbulu qeyri-mümkündü. Unutmayın ki, Rusiya 2018-ci ildə dünya çempionatını qəbul edəcək. Bundan sonra isə Sankt-Peterburqda Avro-2020-nin bir neçə oyunu təşkil olunacaq. Rusiya bu cür möhtəşəm tədbirlərin təşkilatçısı rolunda çıxış edir”.

Qeyd edək ki, Azərbaycan Bakı Olimpiya Stadionunun 2019-cu ildə keçiriləcək Avropa Liqasının finalı üçün də namizədliyini irəli sürüb.

İnform.az

Baxış sayı: 247