Baş xəbər, Dünya
20.03.2017 / 02:02

Belarusdan Rusiyaya uçan təyyarə geri qayıdası oldu

Belarusdan Rusiyaya uçan təyyarə  geri qayıdası oldu Belarusun "Belavia" şirkətinə məxsus sərnişin təyyarəsi Minskdən Sankt-Peterburqa (Rusiya) uçarkən quş dəstəsi ilə toqquşub və dərhal geri qayıtmaq məcburiyyətində qalıb.
"Report" xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
"Boeing-737-500" quş dəstəsi ilə təqribən 150 metr yüksəklikdə toqquşub. Hadisədən sonra heyət komandiri hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.
Şirkətin məlumatına görə, təyyarə uğurla eniş edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

İnform.az

Baxış sayı: 270