Baş xəbər, Hərbi
15.03.2017 / 17:11

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində seminarlar keçirilib-

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində seminarlar keçirilib-

Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə “Strategiya və qüvvə planlaşdırılması” və “Əməliyyatların hazırlanması və planlaşdırılması” mövzularında seminarlar keçirilib.

İnform.az [/color]MN-nin məlumatına istinadən bildirir ki, seminarlarda akademiyanın “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” kursunun professor-müəllim heyəti və dinləyiciləri ilə ekspert qrupu arasında milli təhlükəsizlik strategiyaları və qüvvələrin planlaşdırılması mövzuları ətrafında müzakirələr aparılıb. Mövzulara dair mühazirələr dinlənilib.

Akademiyanın rəisi general-leytenant Heydər Piriyevin rəhbərliyi ilə keçirilən seminarlarda bu ali hərbi təhsil ocağında və ABŞ Silahlı Qüvvələrinin Qərargah Kollecində əməliyyatların hazırlanması sahəsində brifinqlər təqdim olunub.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində seminarlar keçirilib-


Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində seminarlar keçirilib-


İnform.az

Baxış sayı: 280