Baş xəbər, Mədəniyyət
15.03.2017 / 14:01

İstiqlal və istiqbal şairi Məhmət Akif Ərsoyun anım günü

İstiqlal və istiqbal şairi Məhmət Akif Ərsoyun anım günü

İnform.az-ın xəbərinə görə Bakı Yunus Emre İnstitutu, Türkmilli şairi Məhməd Akif Ərsoyun əsərlərini, ədəbi anlayışı ve türk ədəbiyyatına tövhələrini 15 Mart 2017 tarixində saat 17.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İstiqlal və İstiqbal Şairi Məhməd Akif Ərsoyu Anım Günü” adlı ədəbi-bədii gecəylə yad edəcək.
Məhməd Akifin yaymağa çalışdığı ruh, Anadolunu sıradan bir torpaq parçası olmaqdan çıxarıb onu uğrunda canlar fəda edilə bilən bir vətən halına gətirən ruhdur. Çanaqqalanı, Sakaryanı, İzmiri, Afyonu, Ardahanı və bütün vətəni ayrılmaz bir vücud kimi bir-birinə bağlayan ruhdur!
Çanaqqala bir keçid dövrünün adıdır Türk tarixində…
Milli şairimiz Məhməd Akif Ərsoyun adı da Çanaqqala zəfəriylə bərabər çəkilməkdədir. Bu proqramımızda, Məhməd Akif Ərsoy mövzusunda çıxışlarınardından aktyorlar tərəfindən şeirlər və türkülər səslənəcək və kölgə tamaşası ilə proqram davam edəcək.

Proqram:

1. Azərbaycan Himni/Türkiyə Milli Marşı
(Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi şagirdlərindən ibarət xor qrupu)

2.Çıxışlar
Erkan Özoral – Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Hikmət Babaoğlu – Millətvəkili
Musa Qasımlı – Millətvəkili
İbrahim Yıldırım – Bakı Yunus Emre İnstitutu müdiri

3.İstiqlal Marşı -
Bakı Türk Anadolu Liseyi şeir oxuma yarışmasının birincisi

4.Video nümayişi – (3 dəq.)


(Məhməd Akif Ersoyun həyatı vəyaradıcılığı)

5. Şeir-
Səsləndirən: Pərviz Məmmədrzayev
Piano: Sevinc Tofiqqızı

6.Türkü - Çanaqqalqiçindəvurdular məni

Novruz Novruzlu ve Savalan Grupu

7.Şeir - Çanaqqalq Şəhidlərinə (M. Akif Ersoy)

Səsləndirən: Ali İhsan Çevik

8.Kölgə tamaşası (8 dəq.)
Xoreoqrafiya: Pərviz Məmmədrzayev

9.Bağlanış

Ətraflı Məlumat Üçün:
Bakı Yunus Emre İnstitutu
Adres : Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 142
Telefon : +99412 440 31 05
E-posta: baku@yee.org.tr


İnform.az

Baxış sayı: 156