Gündəm, Qarabağ
18.07.2015 / 23:50

Ceyms Uorlik İrəvana səfər edəcək

Ceyms Uorlik İrəvana səfər edəcək

ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik iyulun 20-də İrəvana səfər edəcək.

Bunu Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə etmək üçün bazar ertəsi İrəvana səfər edəcəm", deyə Ceyms Uorlik bildirib.

C. Uorlik səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəyini bildirib.

İnform.az

Baxış sayı: 446