Baş xəbər, Sosial
13.03.2017 / 15:35

"Azəriqaz"-ın rəhbəri işdən çıxarıldı? — YENİLƏNİB

"Azəriqaz"-ın rəhbəri işdən çıxarıldı? —

Bu gün "Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyevin işdən çıxarıldığı barədə "Ölkə.Az" məlumat əldə edib.

Məlumata əsasən, Əkbər Hacıyev tutduğu vəzifədən azad edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Qeyd edək ki, verilən xəbərə görə, Əkbər Hacıyevdən başqa qurumun bir neçə nəfər yüksək vəzifəli şəxsi də işdən azad edilib. Bu şəxslər qurumun Regional Qaz İstismar İdarələrinin rəisləridir.

***

Məsələni aydınlaşdırmaq üçün Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxladıq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev "Ölkə.Az"-a iddianın əsassız olduğunu bildirib və ümumi şəkildə hamının iş başında olduğunu qeyd edib.

Departament və regional rəislərin işdən azad edilməsi məsələsinə gəldikdə isə İbrahim Kərbalayev bildirib ki, işdən çıxarılma yox, yer dəyişmə var:

"Departament rəisləri işdən azad edilməyib. Yerdəyişmələr olub".

Qeyd edək ki, Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərinin işdən azad edildiyi xəbəri yayılıb.

İnform.az

Baxış sayı: 203