Araşdırma
13.03.2017 / 11:30

Mişarçayın sirləri- Araşdırma (fotolar)

Mişarçayın sirləri-
Ələsgər Mirzəzadə/araşdırmaçı-etnoqraf

Azərbaycan ərazisində erkən əkinçilik mədəniyyəti Xəzər dənizinə qədərki ərazilərdə mövcud olmuidur. Bunu 1965-ci ildə aşkar edilmiş bir qrup yaşayış məskənləri, o cümlıədən 35 təpədən tapılmış keramika nümunələri sübut edir.

Muğan düzünün dəniz səviyyəsindən aşağı olan xeyli hissəsi Araz çayının daşqınları nəticəsində bataqlıqlara çevrildlyindən və məhsuldar torpaqlar əkinə yararsəz hala düşdüyündən erkən tarixi dövrün əkinçiləri adətən su hövzələri kənarlarında məskən salırdılar. Çox güman ki, Muğan düzü də Eneolit dövründə indiki kimi susuz ərazi deyildi, insanların yaşaması üçün burada şərait daha əlverişli olmuşdur. Daimi axar sular, münbit torpaq və başqa amillər ərazinin mənimsənilməsinə və burada ilk əkinçi mədəniyyətinin inkişafına imkan vermişdir. Burada eneolit yaşayış məskənləri bilavasitə kiçik çayların (İncəçay, Mişarçay), qədimdə axar sulu dayaz dərələrin, bəzən də bulaqların kənarlarında cəmlənmişdir. Mişarçay abidələri, habelə Qurudərə adlı qədim insan məskənləri də Eneolit dövrünə aiddir.

Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən cənub-şərqdə yerləşir. Onun alt təbəqəsi Kür-Araz mədəniyyətinə, üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür- Araz təbəqəsindən fərqli olaraq (4,5 m), Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmış, gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır. Boğazının altında yolkaşəkilli ornament, ondan altda isə ştrixlənmiş üçbucaqlar yerləşdirilmişdir. Dəlillər göstərir ki, Azərbaycan ərazisində Eneolit dövrü qəbilələrinin təsərrüfatının əsasını artıq inkişaf etmiş əkinçilik və maldarlıq təşkil edirdi.

XX əsrin 90-cı illərində Cəlilabadın Maşlıq kəndi yaxınlığında Mişarçayın dolanıb keçdiyi Qurudərə deyilən tаrixi ərazidən tapılan küpdən boyunbağı çıxmış, onun üstündə müxtəlif tarixi maddi nümunələr aşkar olunmuşdur. Boyunbağını mil üstündə xoruz, sikkə, lazurit muncuqlar və şərq ölkələrinə məxsus (ehtimalla Hindistan) kaurilər bəzəmişdir. Bundan əlavə həmin ərazidən “it şəbəkə boyunbağı” da tapılmışdır. Bunlar Zərdüştlüyün qəbilə mənsubiyyətinə aiddir. İt qəbilənin və müqəddəs odun qoruyucusu olduğuna, xoruz isə səhərin açılmasını – işığın zülməti üstələməsini, qəbilələrin təsərrüfat işlərinə tələsmək lazım olduğunu xəbər verdiyinə görə müqəddəs sayılmışdır. Ərazilərdən tapılan cürbəcür boyalı və şirli qab nümunələri, iri həcmli saxsı qablar, tunc qılınclar, xəncərlər, döyüş yabaları, cürbəcür həvəngdəstələr, zoomorflar və s. sirli şəhərin izlərindən xəbər verir. Uzuntəpə ərazisində yüksək mənsəbli şəxslərin basdırıldığı bir neçə kurqan da aşkarlanıb. Alimlərin fikirlərinə görə “bu tarixi təpələr və ərazilər Azərbaycan tarixi üçün çox qiymətli mənbədir. Məişət əşyaları, mədəniyyət nümunələri buranın nəinki xırda yaşayış məskəni, hətta şəhər tipli olmasından xəbər verir.

Əsrlər boyu Mişarçay sahilində qərar tutan Cəlilabad şəhərinin tarixi-ənənəvi adı Həməşərədir.II minilliyə aid olan qədim Həməşərə şəhəri ərəb istilasından sonra dağıdılmış və sonrakı dövrlərdə Hasıllı yaşayış məntəqəsi mərkəzə çevrilmişdir. Həməşərə “yurdyeri”ndən tapılmış maddi-mədəniyyət abidələri – “Haoma” hazırlamaq üçün həvəng, şirə saxlanılan küp və ağızlığı, haomanı qaynatmaq üçün təndirlər, bizə qədər gəlib çıxan “Həməşərə “ üzüm sortu, şəhərin ətrafında o vaxtları əkilən və indi də kol-kos şəklində öz varlığını saxlayan nar ağacları və s. sübut edir ki, bu şəhərdə Haoma şirəsi çəkilirmiş və zərdüştilərin dini mərkəzi yerləşibmiş. Şəhərin yerləşdiyi mərkəzi təpə böyük bir ərazini əhatə eləməklə bu gün də öz əzəmətini saxlayır. Nişanələr sübut edir ki, burada 3-4 metr hündürlükdə qala ilə əhatə olunmuş, üzü günəşə atəşpərəstlərin baş məbədi yerləşmişdir. Şəhərin ayaq tərəfində karvansara, təndir yerləri, kiçik məbəd yerləri və s. aşkar olunmuşdur.

Tarixi faktlara görə, Həməşərə bir neçə dəfə dağılıb yerlə-yeksan olmuş, lakin tarixin səhifələrində öz izini itirməmişdir. Bəzi tarixi rəvayətlərdə göstərilir ki, Həməşərə 7 dəfə sel-su və zəlzələ nəticəsində, bir dəfə xəzərlərin hücumları, 9 dəfə isə ərəb işğalçılarının hücumları nəticəsində darmadağın edilmişdir. Cəlilabad ərazisində tapılan yüzlərlə maddi-mədəniyyət nümunələrinin müəyyən hissəsi Zərdüştizmə aiddir. XIX əsrin 30-cu illərində Azərbaycana köçürülmüş rusların azərbaycanlılarla birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.


Mişarçay

Mişarçayın sirləri-



Həməşərə təpəsi

Mişarçayın sirləri-


İnform.az

Baxış sayı: 361