Hadisə
13.03.2017 / 01:34

Qazaxda atasına əsəbləşən oğul intihara cəhd edib

Qazaxda atasına əsəbləşən oğul intihara cəhd edibQazax rayonunda 34 yaşlı kişi intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Zirəddin İsmayılov intihar etmək məqsədilə çoxlusayda dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün Zirəddin İsmayılovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyəti orta-ağır olduğu bildirilir.

Məlumata görə, hadisədən əvvəl Zirəddin İsmayılovun atassı ilə arasıda mübahisə yaranıb. Sabir İsmayılov oğlu Zirəddinin içkini atmasını tələb edib. Amma Zirəddin içki içəcəyini deyib. Bu səbəbdən də ata və oğul arasında mübahisə yaranıb.
Mübahisə sonda intihara cəhdlə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 158