Elm-təhsil
10.03.2017 / 21:45

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib- Fotolar

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib-

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 dissertasiya şurasının tərkibi 03 mart 2017-ci il tarixli 26 №-li əmr ilə təsdiq edilib
Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Cəfərova məlumat verib.
Bu gün təsdiq olunmuş dissertasiya şurasının ilk iclası keçirilib. İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yaranmış dissertasiya şurasının tərkibini təqdim edib və şurada olan sənədlərlə şura üzvlərini məlumatlandırıb.
Sonra Nargül Qurbanova və Nazilə Muradovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələsinə baxılıb və təsdiq edilib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib-


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib-


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Dissertasiya Şurasının iclası keçirilib-


İnform.az

Baxış sayı: 406