Dünya, Hadisə
09.03.2017 / 22:44

Ölən tələbə qızın telefonu oğurlandı

Ölən tələbə qızın telefonu oğurlandı

Türkiyədə məktəbə gedərkən cib telefonundan qulaqcıqla musiqi dinlədiyi zaman qatarın altında qalan 16 yaşlı qız uşağı həyatını itirib.
Faciəvi qəzadan sonra qulaqcıqları qızın qulağında qalan telefonunun oğurlandığı ortaya çıxıb.

Moderator.az-ın xəbərinə görə, hadisə Adananın Kazım Qarabəkir məhəlləsində baş verib. İddiaya görə, 16-17 yaşlı bir qız uşağı səhər saatlarında məktəbə getmək üçün evdən çıxıb. Piyada yolu keçən qız cib telefonundan musiqi açaraq qulaqcıqla dinləməyə başlayıb. Qatar yolunu keçərkən keçərkən qulaqcıqla musiqi dinlədiyi üçün qatarın səsini eşitməyib və sürətlə gələn qatar qızı vurub.
Hadisə şahidləri dərhal təcili yardıma və polisə xəbər verib. Polis və təcili yardım gələnə qədər ətrafdakı vətəndaşlar qəza bölgəsinə axın edib. Həmin arada kimsə qızın mobil telefonunu oğurlayıb.
Hadisə yerinə gələn tibbi briqada qızın həlak olduğunu müəyyən edib.

Polis isə hadisə yerində qəzayla bağlı işə başlayıb. Qızın üzərindən kimliyini təsdiq edən sənəd çıxmadığı və ətrafda tanıyan olmadığı üçün qızın kimliyi müəyyən olunmayıb. Polis həmçinin qızın mobil telefonunu kimin oğurladığını müəyyən etmək üçün də işə başlayıb.

İnform.az

Baxış sayı: 269