Dünya
06.03.2017 / 23:59

Trampdan müsəlman ölkələrinə yeni zərbə — bu dəfə daha da SƏRT

Trampdan müsəlman ölkələrinə yeni zərbə — ABŞ-ın 45-ci prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.
“Ölkə.Az” xəbər verir ki, yeni fərmana görə, fərman əsasında yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.

Fərmanda bildirilir ki, əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir. Fərmanın dərhal və qeyri-şərtsiz ica olunması ilə bağlı Tramp daha sərt tapşırıq verib. Tapşırığa əsasən yeni fərman barədə heç bir müzakirə aparılmamalıdır.

Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın yanvarın 27-də imzaladığı fərmana görə, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində ABŞ-a buraxılmamalıdırlar. Trampın bu tipli addımları isə dünyada birmənalı qarşılanmır. Siyasətçilər hesab edirlər ki, belə qəzaralar Trampın ABŞ-ı müdafiə sistemində saxlaması ilə əlaqədardır. Bu fərmandan sonra 720 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. Bundan sonra ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ administrasiyasının məhkəmənin qərarından verdiyi apelyasiya şikayəti təmin edilməyib.

İnform.az

Baxış sayı: 77