Diaspora Akademiyası, Baş xəbər
25.02.2017 / 19:00

Azərbaycan diplomatının Xocalı Soyqırım ilə bağlı məqaləsi “El Peruano”-da

Azərbaycan diplomatının Xocalı Soyqırım ilə bağlı məqaləsi “El Peruano”-da

Perunun ən nüfuzlu qəzeti olan “El Peruano”-da Azərbaycan diplomatının Xocalı Soyqırım ilə bağlı məqaləsi dərc edilib.

Perunun ən nüfuzlu mətbu orqanlarından biri olan “El Peruano” qəzetində Azərbaycanın Meksikadakı Səfirliyinin Peru ofisinin nümayəndəsi Mehdi Məmmədovun müəllifliyi ilə "Azərbaycan Xocalı qurbanlarını yad edir" (Azerbaiyan recuerda a victimas de Jodyalí) başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyinin Peru ofisindən İnform.az-a verilən məlumatda bildirilir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı qətliamından, Ermənistanın ölkəmizə qarşı təcavüzü, işğal olunmuş ərazilərdə həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmədən bəhs edilir.

Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla kütləvi şəkildə qətlə yetirildiyi, Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşiliklər məhz soyqırım kimi göstərilir.
Xocalının yüzlərlə günahsız sakinlərinə qarşı işğalçı Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş misli görülməmiş vəhşiliklərlə üzləşıblər.

Hətta soyuq fevral gecəsində meşə yolları ilə xilas olmağa çalışan günahsız insanlar pusquya salınaraq qəddarcasına qətlə yetiriliblər.
Məqalədə, bu vəhşilikləri törətmiş şəxslər ədalət qarşısında cavab verəcəklərinin vacibliyi qeyd olunur. Dünya azərbaycanları bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan bu soyqırıma hüquqi qiymət verilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edir.

Qeyd edək ki, Peru Respublikası 2013-cü ildən Xocalı soyqırımını tanımış ölkələrin sırasına daxildir.

İnform.az




Baxış sayı: 436