Baş xəbər, Sağlamlıq
06.03.2017 / 12:19

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ürək Mərkəzi"nin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ürək Mərkəzi"nin açılışında iştirak ediblərMartın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.

İnform.az

Baxış sayı: 374