Şərhlər
03.03.2017 / 12:10

Anime yoxsa XƏSTƏLİK?

Anime yoxsa
Ramiz Səmədov/İnform.az

Mənim əvvəllər basketboldan boksa, üzgüçülükdən beyzbola (anlamasam da) çox idman növünə həvəsim olub.
Bir müddət ətrafın təsiri ilə futbola da baxsam, sonralar "idman heç mənlik deyil" deyib hamısını kənara tulladım.
İndiki mən isə, xüsusilə amerikan idmanlarını xəstə kimi izləyən adamdı. Niyə? Çünki animelər qədər möhtəşəm, həvəsləndirici amil ola bilməz (viaqradan daha çox həyəcan verirlər, əmin olun).
İdman animeləri niyə mənimçün ayrı həzzdi?
Bu da danışdıqca doyulmayacaq mövzudu. Siz növbəti həftəni Narutodan daha çox Haikyuu!!-a görə gözləmək nədi heç bilirsiz? Haikyuu!!-dan söz düşmüşkən personajlar və komandalar o qədər möhtəşəmdi ki, "sevimli oyunçum Nishinoyadı" deyəndə nə qədər oyunçuya hörmətsizlik etmişəm özüm də bilmirəm.
Eynilə, Kuroko no Basuke-də Aomine mənimçün necə möhtəşəmdisə Akashi (Hiroshi Kamiyanın “qulaqdan alınan orqazm" səsini xüsusi qeyd eləməsəm ölərəm) bir o qədər keçilməzdi.
Əgər,ümumiləşdirsək, bunu deyə bilərəm ki, məncə idman animelərində bir komandaya azərkeşlik etmək, digərlərinə kor qalmaq kimi bir şeydi.
Bu sadəcə komanda oyunlarında belə deyil. Hajime no Ippo-da Mashiba Ryounu bəyənəsən, Sawamura Ryuuheini bəyənməyəsən? (İnciyərəm sizdən belə hal olsa).
Hələ düşünün ki, Hajime no Ippo manqası 1160-cıçapterdədi və hələ ən azı 500 çapterlik mövzu da bizi gözləyir.
Bəs necə olur ki, bu qədər uzun bir seriyadan izləyici bezmir? Ortaya yenə də personajların möhtəşəmliyi girir. İnanın mənə, mən bu animasiyada çox az döyüş olub ki, tərəfkeşlik edə bilməmişəm. Döyüşlər yapon tarixindəki əjdahanın pələnglə qarşılaşması kimi epik və nəfəskəsicidir.
Adamı havasızlıq şəraitinə salan növbəti anime isə, Slam Dunk-dır. Burdan ilk yazıma xatırlatma edərək yaşasın klassika deyirəm! (Captain Tsubasa,ürəklərdəsən). Siz iki xallıq atışın kompüteri stoldan tullamağa səbəb olduğunu eşitmisiz? Mən buhadisəni yalnız SlamDunk-dayox, Eyeshield 21-də dəyaşamışam. Bu animeyə baxana qədər amerikan futbolunu "niyə özünüzə belə zülm verirsiz?" kateqoriyalı idmanlara aid edirdim, di gəl ki, indi amerikan futbol liqasına ayaqüstə baxıram ki, otursam ürəyim dayanar.
Bəli, animelər bu qədər möhtəşəm qüvvədir. Yatsam belə ağlıma gəlməzdi ki, nə vaxtsa beyzbolu anlayaram, hətta oturub maraqla pyun izləyərəm. Səbəbkar Diamond no Ace qarşısında baş əyirəm. Hətta mən beyzboldan doymadım, One Outs kimi riyaziyyat və fizikanı meydanlara daşıyan beyzbol animesini də izlədim. (Düzü, OneOuts-un ən maraqlı hissəsi manqanın sonlarıdı və animə də bu hissə çəkilməyib. Eləcə də Rookieskimi çox da tanınmayan möhtəşəm manqalar var.) Beyzbol animelərinin atası olan Major-uvə biro qədər sevilən CrossGame-idə mütləqgözdənkeçirin.
İdman mövzulu animelər o qədər sevilirki, Google-da "Prince of" axtarışı "Percia"danöncə "Tennis"-isizə təhvil verir. Hətta istənilən yaş kateqoriyasına müraciət edən nümunəsinə baxa bilərsiz.
Məsələn, mən Ginga e Kickoff-dan da yetəri qədər (futboldan almadığım qədər) həzz almışdım.
Fantaziya genişliyi bujanrda da susmur və yaponlarYowamushi Pedal, Free (ikincisi oğlanlar üçün elədə məsləhətli deyil) kimi pop-sport olmayan sahələri də bizə sevdirirlər.
Bu sezon Battery, Days, All out kimi sıxıcı nümunələri olsa da sizi əmin edirəm ki, bu janrın möhtəşəmliyi daimi olacaq.
Xülasə, Ashita no Joe-dan Yuri!!! on Ice-a qədər dırnaqlarınızı çeynədəcək qədər həyəcanlı macəra yolunuz var. Mən yenə də sizə bütün hislərimi çatdıra bilmirəm, çünki sizi yormaq kimi məqsədim yoxdu. Sizə yalnız bu hisləri özünüzün izləyərək yaşamasını təklif edirəm.

Anime yoxsa


İnform.az

Baxış sayı: 2749