Baş xəbər, Maraqlı
01.03.2017 / 23:25

Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq- Təhlükəsizlik üçün (Foto)

Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq-

Eyfel qülləsi gülləkeçirməz şüşə divarla əhatə olunacaq. Bu, Parisin əsas rəmzinin təhlükəsizliyini gücləndirəcək.

Şüşə divar 2016-cı il futbol üzrə Avropa çempionatına qüllə ətrafında yerləşdirilən metallik baryerləri əvəz etməlidir. 2,5 m hündürlüklü divarın təkcə qülləni deyil, onun yaxınlığında yerləşən bağların bir hissəsini də əhatə edəcəyi gözlənilir. Layihə 300 milyon avroluq proqramın bir hissəsidir. Bu proqram şəhərin əsas görməli yerinin təhlükəsizliyinin artırılmasını nəzərdə tutur.

İnform.az buro247.az-a istinadən bildirir ki, obyektə giriş pulsuz olaraq qalacaq. Layihəyə qüllə ətrafındakı piyada hərəkətin sxeminin yenidən təşkil olunması daxil edilir. Layihə reallaşdırılarsa, Paris sakinləri Eyfel qülləsi ilə şəkil çəkdirmək üçün turistlər kimi növbədə gözləməli olacaq. İl ərzində Eyfel qülləsini 7 milyona qədər insan ziyarət edir

Eyfel qülləsi gülləkeçirməz divarla əhatə olunacaq-


İnform.az

Baxış sayı: 130