Baş xəbər, Qarabağ
01.03.2017 / 17:53

Qarabağda Ermənistan ordusunda həbslər var

Qarabağda Ermənistan ordusunda həbslər varErmənistan ordusunun işğal altındakı Dağlıq Qarabağda yerləşdirilmiş “N” saylı hərbi hissəsinin arxa cəbhə üzrə komandir müavini V.Petrosyan və ərzaq xidməti üzrə rəisi E.Aleksanyan həbs edilib.

Ermənistan mətbuatı xəbər verir ki, hərbçilərə qarşı 3 maddə (səlahiyyətdən sui-istifadə, vəzifə həddini aşma, hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində fəaliyyətsizlik) üzrə ittiham irəli sürülüb. Məlumata görə, məhkəmə hər iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Təfərrüatlar barədə məlumat verilmir.

virtualaz.org

Baxış sayı: 201