Qarabağ, Ədəbiyyat
01.03.2017 / 14:31

Şəhid deyərdi ki...

Şəhid deyərdi ki...
Ləman Məmmədova

Şəhid deyərdi ki:
"Gecə hönkür-hönkür, səhərə səssiz
Dərdimdən ağlayan atama qurban,
Saçımda əlinin gülab qoxusu,
Səsi laylam olan anama qurban."

Şəhid deyərdi ki:
"Yaşlı gözlərinə köç etdi ruhum,
Anam həsrət dedi, atam dərd dedi.
Çərşənbə ağırlıq alan ocağım,
Böyüdün, gəl sən də mənlə yan, dedi."

Şəhid deyərdi ki:
"Qanımla qovuşar gözünün yaşı,
Bizi ayrı salan torpağa baxma.
Zamanla yaşıddır şəhidin yaşı,
Ağacdan gec düşən yarpağa baxma."


İnform.az

Baxış sayı: 687