Sosial, Qarabağ
28.02.2017 / 21:05

Nə qədər ŞƏHİD xəbəri alacağıq?!

Nə qədər ŞƏHİD xəbəri alacağıq?!Sevinc Hüseynovanın facebook səhifəsindən:

90-cı illər idi. Ölkədə və rayonumuzda vəziyyət çox ağır idi. Demək olar ki, hər günü ŞƏHİD xəbəri ilə açırdıq.
Uşaq olsam da, həmyaşıdlarım kimi xalqın maddi vəziyyətinin ağır olmasından daha çox ŞƏHİD xəbərləri məni sarsıdırdı. Ona görə də, məktəbə gedəndə qara şal donumun üstündən ağ önlüyümü geyinmədim, musiqi dərsində müəllimənin təkidinə baxmayaraq, oxumadım!
Və bunun səbəbini kimsəyə demədim!
Uşaq ağlımızla, uşaq saflığımızla bir çox uşaqlar kimi yas saxladıq şəhidlərimizə...Uzun müddət bu davam etdi...
İndi də çox təəssüf ki,o hissləri yaşayıram...Hər ŞƏHİD xəbəri alanda, gözümün qabağına o illərin mənzərəsi gəlir...
Ana fəryad edir, bacılar tabutun arxasınca qarın içində ayaqyalın qaçır, qonşular əllərində qara lentli xonçalar aparır, gəlinlər abırlarına sıxılıb için-için hönkürürlər...
İllər keçib, dəyişən nədir!
Nə qədər ŞƏHİD xəbəri alacağıq?! Daha nə qədər ocaq sönəcək?!

İnform.az

Baxış sayı: 379