Diaspora Akademiyası, Gündəm
27.02.2017 / 17:15

İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Türkiyənin İzmir şəhərinin Karabağlar rayonu ərazisində yerləşən “Azərbaycan–Qarabağ–Xocalı” Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirir ki, açılış mərasimində rəsmi şəxslər, Azərbaycan və Türkiyədən millət vəkilləri, tanınmış ziyalılar, İzmir ictimaiyyətinin görkəmli nümayəndələri, bu bölgədə yaşayan və işləyən Azərbaycan vətəndaşları, Karabağlar rayonunun sakinləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadedildikdən sonra Xocalı soyqırımının dəhşətlərini əksetdirən film nümayiş olunub.
Açılışdan əvvəl “Azərbaycan–Qarabağ–Xocalı” Parkında keçirilən toplantıda Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin deputatı Sadettin Bayır, Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu və başqaları çıxış ediblər. Çıxışlarda Xocalı soyqırımının səbəbləri, bu cinayəti törədən erməni vandallarıni yrənc məqsədləri, bu faciənin dünyabirliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində görülənişlərin vəziyyəti və qarşıda duran vəzifələrdə nbəhs olunub.
Natiqlər işğalaltındakı Azərbaycan torpaqlarının azadedilməsi, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsüilə keçirilən “Xocalıya ədalət!” beynəlxal qtəbliğat kampaniyası çərçivəsində görülənişlərə töhfə verməyin yollarından danışıblar. Əminliklə ifadə olunubki, Prezident İlhamƏliyevin rəhbərliyiilə günbəgün qüdrətlənən Azərbaycan Ordusu düşməni yerinə oturtmaq üçün bütün imkanlara malikdir.
İştirakçılar abidənin önünə qərənfillər düzüb, soyqırımı qurbanlarının ruhuna dualar oxuyublar.
Mərasimdən əvvəl Azərbaycan nümayəndə heyəti ilə Karabağlar rayon bələdiyyəsinin sədri Muhittin Selvitopu arasında görüş olub.GörüşdəAzərbaycan-Türkiyə münasibətlərinin inkişafı və perspektivləri yüksək qiymətləndirilib. Vurğulanıbki, bölgədə sülhə və əmin-amanlığa zəmin yaradan Azərbaycan-Türkiyə qardaşlığı bundan sonrada əzmlə qorunacaqdır.

İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb


İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb


İzmirin Karabağlar rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb


İnform.az



Baxış sayı: 432