Baş xəbər, Maraqlı
27.02.2017 / 16:49

Buynuzlu adamlar-Onları siz də tanıyın... Video

 Buynuzlu adamlar-Onları siz də tanıyın...

Təqribən 15 il öncə Ukraynanın Krivoy-Roq (tərcümədə əyri buynuz mənası təsadüfidir) şəhərində bir qadının başında buynuzlar əmələ gəlmiş, yerli xəstəxanada onları mişarlayaraq "sümüyün möhkəm buynuzlaşması" diaqnozunu qoymuşdular.
Bu cür hadisələrə dünyanın müxtəlif guşələrində arabir təsadüf olunub.
Bir çox xalqlarda buynuzlu və heyvan dırnaqlı insanlar haqqında əfsanələr yaşayır. Ola bilər ki, çox qədimlərdə bu adamlar bioloji cəhətdən xüsusi bir növ təşkil edib, yaxud da tələbat olmadığından onların buynuzları və dırnaqları tədricən itib.
Elm bunu inkar etmir. Nəzərə almaq lazımdır ki, indinin özündə buynuzlu və buynuzsuz antiloplar, keçilər və s. mövcuddur.
Antropoloq Andrey Samoylov yazır ki, Avropada 10 nəfər buynuzlu insan məlumdur. Onlar sirklərdə çıxış etmiş, ömürlərinin sonunda "Allahın hüzuruna şeytan cildində" getməmək üçün buynuzları ilə vidalaşmışlar.
Professor Robert Laymen 1880-ci ildə ABŞ-ın Pensilvaniya ştatında hindu məzarlığında apardığı qazıntılar zamanı 68 cəsədin sümüklərini tədqiq edərkən bir çox kəllələrdə anadangəlmə buynuzlar aşkar etmişdi.
İsrail alimləri də qədim bir mağarada buynuzlu kəllələri üzə çıxarmışlar.
Anoloji tapıntılara Peru və Meksikada da rast gəlinib. Afrika cəngəlliklərində kürəklərində 35 santimetrlik sümük çıxıntılar olan adamlar da olub.
Qeyd edək ki, Amerika muzeylərinə verilmiş buynuzlu kəllələr oradan yoxa çıxıblar.
Deyirlər, guya onları qəsdən gizlətmişlər ki, ictimaiyyət qıcıqlanmasın. Və guya ehtiyat edirlər ki, tədqiqatların nəticələri bəlli olub açıqlansa, bəşəriyyətin tarixinə yenidən baxmaq lazım gələcək.

Bu videomaterialda da buynuzlu insanlardan söhbət açılır.



Aydın Hüseynov/İnform.az




Baxış sayı: 313