Diaspora Akademiyası, Baş xəbər
27.02.2017 / 12:19

Xocalı qurbanları Parisdə yad edilib

Xocalı qurbanları Parisdə yad edilib

“Azərbaycan Evi” təşkilatı Fransasnın paytaxtı Parisdə fəaliyyət göstrərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar uşaqlar iştirakı ilə “Sülh üçün rəsm çəkək” adlı tədbir təşkil edib.
Bu barədə İnform.az-a Diasporal İş üzrə Dövlt Komitəsindən məlumat verilib
Tədbiri “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva açaraq məhz bu günlərə təsadüf edən təşkilatın yarana tarixindən bəhs edib. Bildirib ki, “Azərbaycan Evi”ni 25 il əvvəl 1992-ci il fevralın 24-də Ramiz Abutalıbov və Timurçin Hacıbəyli təsis edib. O, həyata keçirdikləri tədbirlərdən söz açaraq Fransada doğulub böyüyən gənc nəsilə xüsusi diqqət göstərdiklərini və bu gənclərə tarixi həqiqətlərin çatdırılmasının vacibliyini vurgulayıb. Mirvari Fətəliyeva Xocalı qətliamınin tarixi barədə danişaraq, bu faciənin hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxdığını bidirib. O,uşaqlar arasında keçirilən rəsm müsabiqəsinin Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunduğunu deyib.
Daha sonra söz Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımını, tariximizi, şəhidlərimizin qəhrəmanlığınıvətəndən uzaqda yaşayan uşaqlar heç vaxt unutmamalıdırlar. Səfir bu baxımdan belə tədbirlərin təşkilinin böyük əhəmiyyəti olduğunu qeyd edib.
Tədbirdə istirak edən əməkdar rəssam Əsmər Nərimanbəyova və rəssam Nigar Nərimanbəyova uşaqlara Xocalı və sülh mövzusu ilə bağlı rəsmlər çəkilməsində öz məsləhətlərini verib. Uşaqların çəkdiyi rəsmlər Azərbaycan Mədəniyyət Mərkəzində sərgilənib.

İnform.az

Baxış sayı: 344