Maraqlı
24.02.2017 / 12:07

Alimlər Herakl bürcünü müşahidə etdilər- Ulduz qırmızı nəhəngə çevriləcək

Alimlər Herakl bürcünü müşahidə etdilər-Danimarka alimləri Herakl bürcündəki bir ulduzlu ətraflı incələyiblər.
"Ölkə.Az" xəbər verir ki, 7 milyard yaşı olan ulduz tezliklə qırmızı nəhəngə çevriləcək.

Danimarkalı astronomlar Herakl bürcündə Günəşə bənzər ulduz barədə çoxlu məlumat toplayıblar. Alimlər 215 gecə teleskop vasitəsilə bu ulduzu müşahidə ediblər.

"SONG" layihəsi 2006-cı ildə danimarkalı alimlər tərəfindən təklif edilib. Məqsəd dünya üzrə 8 observatoriya qurmaqdır. Bu abservatoriyalarda daimi ştatda işçi olmayacaq. Obyektlərin hər biri orta ölçülü, baha olmayan robot-teleskoplarla təchiz edilməlidir və internet vasitəsi ilə idarə ediləcək. Astroseysmologiya vasitəsilə toplanan məlumatlar alimlər tərəfindən incələnəcək.

Herakl A ulduzu Myu Herakl bürcünün üçlü Myu ulduz sisteminin əsas komponentidir. Alimlər ulduzun səthini müşahidə edərək onun ölçüsünü, kütləsini Əgər Günəşin yaşı 4.5 milyard ildirsə, ulduz ölçülərinə görə bu orta yaş həddi sayılır. Myu ulduzu isə köhnə ulduz sayılır. Onun 7 milyard il yaşı var. Alimlər müəyyənləşdiriblər ki, ulduzun mərkəzindəki bütün hidrogen qazı artıq yanıb. İndi ulduzun mərkəzində gelium nüvəsi toplaşıb. Tezliklə ulduz böyük və nəhəng qırmızı ulduza çevriləcək. Bu isə ulduz evolyusiyasının son mərhələlərindən biridir.

İnform.az

Baxış sayı: 165