Diaspora Akademiyası, Baş xəbər
24.02.2017 / 11:50

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək27 fevral 2017-ci il tarixində Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçiriləcək.
İnform.az Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına istinadən bildirir ki, Qurultayda AAK prezidenti Samira Patzer-İsmailovanın ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat məruzəsi dinləniləcək. Daha sonra digər Qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə, təşkilatın qarşısında duran vəzifələrin icrasına qiymət verəcəklər. Qurultayda AAK-ın rəhbər orqanlarına seçkilər keçiriləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının Qətnaməsi qəbul ediləcək.
Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması, AAK-a yeni üzv-təşkilatların qəbulu da planlaşdırılır.
AAK-ın V Qurultayında əksəriyyətiNiderland, Almaniya, İsveç, Rusiyadan olmaqlaAvropanın 27 ölkəsindən 91 nümayəndənin iştirakı nəzərdə tutulub. Qurultayda Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, xarici ölkə deputatlarının, o cümlədən Niderland Krallığının parlament üzvlərinin, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin, digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirakı gözlənilir.
Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, siyasi və ictimai xadimlərdir.
Qeyd edək ki, AAK 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Avropa Azərbaycanlıları Konqresində Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı təmsil olunur.

İnform.az

Baxış sayı: 380