Baş xəbər, Maraqlı
22.02.2017 / 18:32

İman Əhməd Əbulatini son 25 ildə ilk dəfə evdən çıxıb

İman Əhməd Əbulatini son 25 ildə ilk dəfə evdən çıxıb

Conatan Sviftin qəhrəmanı Qulliveri kim tanımır?
Belələrindən hər zaman, hər yerdə nə qədər istəsəniz olmuşdur və var. XIX əsrin başlanğıcından ikinci dünya müharibəsinə kimi heç bir sirk tamaşası şişmanlarsız keçməyib. Bu insanlar əslində yaxşı biznes vasitəsinə çevrilmişlər, amma hər halda köklük onlar üçün problemsiz ötüşmür.
Sosial şəbəkələrdə dövrümüzün şişmanlarından biri haqqında deyilir ki, 500 kiloqram çəkisi olan Misirli xanım İman Əhməd Əbulatini son 25 ildə piylənmədən müalicə almaq üçün ilk dəfə evdən çıxıb. Misir qəzetləri onun dünyada ən ağır qadın olduğunu yazırlar. Uçuşu Egypt Air yük təyyarəsində 10 gün ərzində hazırlamışlar, binəva qadın bu məqsədlə xüsusi preparat iynəsinə davam gətirməli olub.
Onu xəstəxanaya polis eskortu ilə müşaiyət etmiş, palataya kranla qaldırmışlar. Hazırda İmanı çətin əməliyyat gözləyir, xəstəxana əməliyyatın bütün xərclərini öz üzərinə götürmüşdür. 36 yaşlı İman yenidən sərbəst gəzmək və normal həyata başlamaq arzusundadır.
Şişman İman tək deyildir. Tarixdə İmana qədər yalnız 5 nəfərin çəkisi yarım tonu keçib. 1882-ci ildə Fransada anadan olmuş Reno le Jüqasyen 622, Cənubi Kaliforniyalı Conni Əli 563, ABŞ-ın İllinoys ştatlndan Robert Erl Xuqs 530, Texaslı Mixail Valker 500 kiloqram çəkiyə malik olublar. Onların hamısı elə bu səbəbdən müxtəlif şəraitdə dünyalarını dəyişiblər.
Linkolnşirdən 350 kiloqramlıq bir kişi 1724-cü ildə İngiltərə kralı I Georginin xüsusi dəvəti ilə yola çıxır. Bu centlmenin atı onun ağırlığına davam gətirməyib ölür, kral öz qonağı üçün yeni minik göndərməli olur. Digər 400 kiloqramlıq nəhəng Q.Hopkins müvazinətini itirərək 18 çoşkanı əmizdirən ana donuzun üstünə sərələnərkən əheyvanlar yerindəcə məhv olublar.
15 nəfər kişi Hopkinsi güc-bəla ilə arabaya mindirib.
Spuuner adlı bir cənabın ağırlığı isə 330 kiloqram imiş, şalvarına 360 kiloqram un yerləşirmiş. Dalaşma zamanı ona vurulmuş bıçaq 13 santimetr dərinliyə yerisə də, Spuunerin qarnının 20 santimetrlik piy qatı ölümün qarşısını alıb.
Başqa bir ingilis Samuil Şuqar tarixdə yeganə şəxs olub ki, eni uzunun ötüb. Onun boyu 163, bədəninin eni 173 santimetr idi. Amerikalı Con Kreyq bir vaxtlar Nyu-Yorkun ən biçimli uşaq sakini üçün təsis edilmiş mükafata sahib olub. Həyatının sonunda isə onun çəkisi 450 kiloqrama çatırdı.
Zərif cinsin nümayəndələri arasında Colli Deyzi 370, Bebi Ruf 290 kiloqram gəlirmiş. Bir dəfə sirkdə çıxış zamanı onun altında döşəmə sınmış, bərk zədələnmiş yazıq qız kanatlar vasitəsilə qaldırılıb xəstəxanaya aparılmış, o, cərrahiyyə əməliyyatından sonra böyrü üstə çevrilə bilməyərək öz qusmağında boğulub ölmüşdü. Collinin cəsədini tabuta qoymaq üçün 16 nəfər qolu qüvvəli kişi tələb olunmuşdu. Montanalı Ella Evinqin boyu 2,5 metrə, çəkisi 132 kiloqrama çatırdı. 40 yaşında ikən ürək xəstəliyindən ölən Ellanın cəsədini uzunluğu 3 metr olan qəbirdə basdırdılar, tabutu isə 8 nəfər aparırdı.

Aydın Hüseynov/İnform.az

Baxış sayı: 1198