Baş xəbər, Hüquq
17.07.2015 / 22:57

Rus milyarderə qarşı cinayət işi qaldırılıb

Rus milyarderə qarşı cinayət işi qaldırılıb

Bu yaxınlarda Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına səfər etmiş rusiyalı iş adamı German Sterliqə qarşı cinayət işi qaldırılıb.
Rus mətbuatının yazdığına görə, bu barədə biznesmenin vəkili Artur Ayrapetov məlumat verib.
Onun sözlərinə görə, iş adamı böhtan atmaqda ittiham olunur və bu səbəbdən Sterliqin Rusiya ərazisini tərk etməklə bağlı problemi yaranıb.
"German Lvoviç və mənə - onun vəkilinə qarşı şəxsi xarakterli şikayət ərizəsi verilib. Belə ərizələr məhkəməyə veriləndə, iş avtomatik olaraq açılır. Böhtan haqqında iş: xüsusilə, Sterliq və mən ittiham olunuruq", - deyə o bildirib.
Onun sözlərinə görə, cinayət işinin qaldırılması hazırda İsrail ərazisində yaşayan Milana Qorenşteynin təşəbbüsü ilə qaldırılıb.
"İddia Tel-Əvivdə yaşayann İsrail vətəndaşı tərəfidən irəli sürülüb. Bundan əlavə, mənim vəkil statusundan məhrum edilməyim tələbi ilə Moskva şəhər Vəkillər Palatasına da ərizə verilib", — deyə Ayrapetov bildirib.
Xatırladaq ki, German Sterliqov təxminən bir ay öncə həyat yoldaşı Alyona və beş uşağı ilə birlikdə Rusiyadan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa köçüb. O, qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək, "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununu pozduğu üçün "arzuolunmaz şəxslər" siyahısına daxil edilib.

İnform.az

Baxış sayı: 473