BİZ, Maraqlı
22.02.2017 / 11:57

"İmkan varsa, bundan sonra şəkililəri əsgərliyə aparma..."- Lütfəli Abdullayev

"İmkan varsa, bundan sonra şəkililəri əsgərliyə aparma..."-İntiqam Valehoğlunun facebook səhifəsindən:
Lütfəli Abdullayevə tez-tez Şəkidə yaşayan dost-tanışdan xahişlər gəlir. Xahişlər də adətən hərbi komissarlıqla bağlı olur.
Əsgərlikdən saxlatdırmaq, bir otpravka gecikdirmək filan. Lütfəli müəllim komissara zəng vurur ki, bəs filan qohumumu 6 ay sonra apararsız, komissar deyir ki, narahat olmayın, sözünüz bizim üçün qanundur. Yenə başqa bir qohumun xahişi, yenə komissar deyir ki, baş üstə.
Axırıncı dəfə Lütfəli müəllim komissara zəng vurur ki, səndən bir xahişim var, bundan sonra səndən xahişim olmayacaq. Deyir buyur. Deyir ki, imkan varsa, bundan sonra şəkililəri əsgərliyə aparmayasan.

"İmkan varsa, bundan sonra şəkililəri əsgərliyə aparma..."-


İnform.az

Baxış sayı: 4076