BİZ, Sosial
22.02.2017 / 10:30

Baba,böyüyəndə məni Qarabağa aparacaqsan?

Baba,böyüyəndə məni Qarabağa aparacaqsan?Məzahir Süleymanzadənin facebook səhifəsindən:
Nəvəm Məryəm divardakı xalçanı döstərib məndən soruşdu:
-Baba, xalçanın üzərindən asdıqların nədir?
-Biri sazdı,mənim balam,o biri də tüfəng.
-Onları neyləyirlər,baba?
-Sazı çalırlar,qızım,tüfənglə atəş açırlar.
-Bəs onları niyə xalçanın üzərindən asmısan,baba?
-Elimizin adətidir,mənim balam,evə dost kimi,qonaq kimi gələnləri sazla,musiqi ilə qarşılayarlar,düşmən kimi gələnlərə tüfənglə cavab verərlər.
-Bəs o sazı niyə çalmırsan,baba?
-O sazı düz iyirmi iki il əvvəl mənim atam,sənin atanın babası divardan asıb.Tapşırıb ki,Qarabağ azad olunanda çalarsınız.
-Baba,bəs tüfəngi nəyə hündürdən asmısan?
-Ona görə hündürdən asmışam ki,sənin əlin çatmasın.
-Niyə?Mən onu oynada bilmərəm?
-Yox,qızım,silahla oynamaq olmaz.O çox təhlükılidir,içində güllə var.Ehtiyatsızlıq eləsən,güllə gedib dəyər babana,baban ölər.Sən istəyirsən baban ölsün?
-Yox,baba,mən səni çox istəyirəm.Sən ölsən,bəs mənə kim nağıl danışar,oyuncaq alar? Kim məni gəzməyə aparar?
-Agıllı qızım,ona gürə də tüfəngə əl vurmaq olmaz.
-Onda sazı ver, oynadım.
-Yox,qızım,dedim axi,o saz Qarabağ azad olunanda çalınacaq.
-Qarabag nədi, baba?
-Sən bağçada "Vətən" mahnısı öyrənmişdin ha,yadındadl?
-Hə,baba,mən o mahnını çox sevirəm.Oxuyum səninçün?
-Oxu,qızım,oxu.
-Gözəl Vətən,can Vətən,
Əziz,mehriban Vətən!
-Ay sağ ol,qizim,bax,Qarabag da o Vətənin bir parçasıdır.
-Baba,böyüyəndə məni Qarabağa aparacaqsan?
-Əlbəttə,mənim balam,Cıdır düzünün əlvan çiçəklərindən dərib sənin saçlarına düzmək mənim ən müqəddəs arzumdur...

İnform.az

Baxış sayı: 541