Ədəbiyyat
22.02.2017 / 13:00

Aktual problemlər səviyyəsində- Təhlil

Aktual problemlər səviyyəsində-
Gülşən Əliyeva

II yazı

Əvvəli burada:http://inform.az/index.php?newsid=24585
Yazıçı maraqlı ştrixlərdən elə ustalıqla istifadə edib ki, otuz il bundan əvvəl yazılmış bir hekayə bugünkü həyatla birbaşa əlaqəlidir. Sanki bu gün yazılıb. Yəni 26 – 27 il vətənindən qovularaq didərgin düşmüş insanların bugünkü tərcümeyi – halını xatırladır.
Tarixin hadisələri ayrı – ayrı ölkələrdə oxşar və fərqli cəhətlərlə təkrar oluna bilər . Amma insanların taleyi sanki eyni qələmin məhsuludur .
İyirmi yeddi il bundan əvvəl vətənindən didərgin düşmüş bir ananın taleyin hökmü ilə başqa məkanda dünyaya göz açan övladı Vətəni haqqında nə düşünər ki?
Sonra müəllif özünün Polşaya səfərindən danışır . Vaxtilə azərbaycanlı olan , indi isə yadlaşan bir şəxslə oxucunu tanış edir .
Yazıçı onu adsız bir adam kimi təqdim edir . Hətta yaşadığı ölkənin ünvanında da onun adı yoxdur. Müəllif ona Vətənindən , onun nailiyyətlərindən söhbət açır . Müsahibi isə :" Neçə ildir elimdən – obamdan didərgin düşmüşəm ... Məni yandıran odur ki , bədənimi güllələr deşik – deşik edib , tamam qəlpə yeridir."
Yazıçı bir çox əsərlərində olduğu kimi " Sən haralısan , haralı dünya" hekayəsində də güclü ümumləşdirmədən istifadə edib.
Mövzunun aktuallığı , problemlərin realistcəsinə həlli, hərtərəfli, əhatəli yaranmış obrazlar, gənclərin tərbiyə məsələsi , oxucu qarşısında hadisələrin nikbin yazıçı qələmi ilə təsvir və təhlili , xalqın adət - ənənələrinin , eyni zamanda həyata dürüst, ədalətli baxışın , vətənpərvərliyin , humanistliyin təqdimi Ağəddin Mansurzadə yaradıcılığının tərbiyəvi , sosial – ictimai mündəricəsini təşkil edir.
Son

İnform.az




Baxış sayı: 505