Elm-təhsil
21.02.2017 / 18:16

“İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib- AMEA-nın Fizika İnstitutunda (Fotolar)

“İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib-

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda “İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib.
Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məruzəçi “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə olub. İlk olaraq mövzunun aktuallığından danışan məruzəçi bildirib ki, 2016-cı ilin oktyabr ayında AMEA ilə dünya elmi ictimaiyyəti arasında ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq nəticəsində hazırda AMEA-nın institut və təşkilatları “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə edib.
A.Babazadə bildirib ki, seminarda məqsəd bu elmi bazadan istifadə qaydaları, bazaya daxil olan jurnallarda məqalələrin dərc edilməsi qaydaları və s. haqqında məlumat verməkdən ibarətdir.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

“İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib-


“İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib-


“İnformasiya resursları. Elmi Tədqiqatlar” mövzusunda seminar keçirilib-


İnform.az

Baxış sayı: 394