Gündəm, Siyasət
21.02.2017 / 14:54

"1-ci vitse-prezidentə ugurlar diləyirik"- DADP sədri

"1-ci vitse-prezidentə ugurlar diləyirik"-
Əlisahib Hüseynov/Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Prezident İlham Əliyevin UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalaması xəbərini günün ən maraqlı və müsbət hadisəsi kimi qarşıladım. Açığı, bu təyinat gözlənilən idi. Çünki Mehriban xanım indiyə qədər gördüyü işləriylə, çoxşaxəli humanitar fəaliyyətləriylə, ölkədə və dünyada qazandığı müsbət imici ilə bu posta ən layiqli namizəd olduğunu çoxdan təsdiqləyib.
Bu mənada bizim hələ aylar öncə M.Əliyevanın 1-ci vitse-prezident təyin ediləcəyi barədə verdiyimiz proqnoz özünü doğrultdu.

Biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq ölkənin ilk 1-ci vitse-prezidentini təbrik edirik və Mehriban xanıma uğurlar diləyirik.

Vətənə, millətə xeyirli olsun!


İnform.az

Baxış sayı: 396