Gündəm, Siyasət
21.02.2017 / 14:10

Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib

Prezident İlham Əliyev Mehriban  xanım Əliyevanı təqdim edibPrezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Trend-in məlumatına görə iclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Dövlət başçısı deyib: "Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır".

Xəbər yenilənir.

İnform.az

Baxış sayı: 386