Ədəbiyyat
21.02.2017 / 12:30

Güneydən əsən külək…

Güneydən əsən külək…
Dinməz/Təbriz


Bu gün Təbrizli qardaşımız, şair Dinməzin doğum günüdü.
Dİnməz-Mürtəza Dostəlinicat 1974-cü ildə Təbrizdə doğulub. 2000-ci ildən Dinməz təxəllüsü ilə şeirlər yazmağa başlayıb. "Göy sancı çəkir" adlı şeirlər kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Biz də İnform.az ailəsi olaraq qardaşımızı səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Onun "Gedib Allahın qapısına döyəcəyəm..!" adlı şeirini sizlərə təqdim edirik:









Gedib Allahın qapısına döyəcəyəm..!

Günəşin batan çağı yoxluğun harasına getdin?
O mindiyin avtubus,
Tənhalığın harasında yendirdi səni o gecə.
Getdiyin saatdan,
Qaranlıq quşları yuva saldı gözlərimdə,
Bir yarpaq budağından üzülərkən,
Eləsinə ışıq üzündən üzüm üzüldü.
Sənə aldığım o güzgü nə oldu?
O güzgüyə baxırsan mı?
Orda bir mən var.
Yoxluğunu od çəkir gecə yuxularına,
Su səpir gündüz royalarına.
Yoxluğun yox olmur gözlərindən,
Yoxluğun ölümdür çinində daşıyır kuçə - kuçə.
Yoxluğun çin duvarıdır qarşısında boy atıb,
Yoxluğundan
Bütün xıyabanlarda,
Bütün avtubosları daşa basır dəlicəsinə.
Sənsizliyin darıxmasında,
Darıxır ürəyi.
Darır hər nəyi,
Yox...
Bu nəcə ölümdür?
İki duvarın arasında bizi sıxır,
Bizi yıxır.
"Sıxılmaqdan yıxılmaqdan daha bezmişəm" deməyim gəlir,
İnan,
Bu duvarsız şəhərdə sənsiz dayanacağım yox.
Sənsizliyi,
Sənin yerinə qucaqlamaqdan doymuşam daha.
Sənsizliyi,
Bütün qapıları yumuruqlarımla sındırıb,
Bu yaxınlarda,
Gedib Allahın qapısına döyəcəyəm..!

İnform.az



Baxış sayı: 456