BİZ, Ədəbiyyat
21.02.2017 / 15:00

Dostumun köməkliyi- Yumoristik hekayə

Dostumun köməkliyi-
Şəddad Cəfərov







Yumoristik hekayə











Yaxşı işlədiyim üçün mənə daha yüksək vəzifə təklif etmişdilər. Bununla əlaqədar nazir müavini, raykom katibi və başqa səlahiyyətli şəxslər mənimlə söhbət etmiş və razılıqlarını bildirmişdilər.
Sənədlərimi hazırlayıb nazirə təqdim etmişdilər. Lakin 10 gün keçməsinə baxmayaraq, nazir əmrə qol çəkmirdi. Çox narahat idim. Axı hər şey ola bilərdi.
Mən bu işi sürətləndirmək məqsədi ilə vasitələr axtarmağa başladım və öyrəndim ki, mənim həmişə hörmət etdiyim yaxın dostum, iş yoldaşlarımdan biri nazirin oğlu ilə dostluq edir. Nahar vaxtı iş yoldaşıma əhvalatı danışdım və xahiş etdim ki, onun dostu öz nazir atasına mənim əmrimə qol çəkməyi xahiş etsin. Həmkarım bir az fikrə gedəndən sonra dedi:
-Sən darıxma, mən bu axşam onunla görüşüb xahişini ona çatdıraram.
Bir az rahat oldum və sevindim ki, məsələni bu cür asanlıqla həll edə bildim.
Söhbətdən iki gün keçmişdi, nazirlikdən əmr gəldi ki, həmkarımı həmin vəzifəyə təyin ediblər. Sən demə, həmkarım nazirin oğlundan mənim yox, özünün həmin vəzifəyə təyin olunmasını xahiş edibmiş.


İnform.az

Baxış sayı: 501