Şərhlər
20.02.2017 / 16:45

Sənə yazıram: Yetirmir!

Sənə yazıram:Nurulla Əliyevin facebook səhifəsindən:
Hazırlıq şöbəsində Müzəffər müəllim bizə Azərbaycan dilindən dərs deyirdi. Müdavimləri qiymətləndirmə zamanı mənə dedi :
-Sən bütün dərslərimdə iştirak etmisən . Tərbiyə və mədəniyyətinə iradım yoxdur. Dilindən zəifsən. Bu səbəbdən , sənə ,,YETİRMİR" yazıram .
Ancaq bunun sənə heç bir xeyri və ziyanı da yoxdur. Elə - belə yazıram.
Bir neçə aydan sonra onu fakültəmizin dekanlığından çıxanda gördüm . Artıq birinci kursda oxuyurdum . Salam verməyib dekanlığa girdim . Əsas binadan bir məktubu dekanın ünvanına vermişdilər. Mərhum Səlim Cəfərovla Muxtar Hüseynzadə də dekanın yanında idilər. İcazə istəyib içəri girdim. Arxamca da Müzəffər müəllim gəlirdi. Nə üçün qayıtdığını bilmirdim. Dekan nə üçün qayıtdığını ondan soruşdu. Dedi ki , önəmli bir məsələ yoxdur. Bu tələbəyə bir ilə yaxın dərs demişəm. İndi mənə salam verməmıyini özümü təhqir bilirəm.
Alimlərin, məşhur pedaqoqların qarşısında idim . Gözlər sükutla mənə dikilmişdi.
-Müzəffər müəllim , doğrudur müəllimim olmusunuz. Dərslərinizin keyfiyyətinə söz ola bilməz . Mənim sizə salam verib - verməməyimin şəninizə nə xeyri var , nə də ziyanı . Nəzərlər məndən dönüb Müzəffər müəllimə yönəldi. Müzəffər müəllim sakit - sakit :
-Xatırladım . Mən o zaman sənə ,, YETİRMİR " yazmışdım...

İnform.az

Baxış sayı: 276