Ədəbiyyat
20.02.2017 / 10:43

Qələmə rekviyem

Qələmə rekviyemAydın Hüseynovun facebook səhifəsindən:
Bu aləmin qəribə təzadları varmış. 30 illik jurnalist axtarışlarımın bəhrəsi olan kitabları (cəmi 548 səhifə) bizim kitabxanalarımızda tapa bilmədim. Sorğularıma cavab olaraq bildirdilər ki, aparıblar, qaytarmayıblar.
Olsun! Belə olan halda gərəkdir ki, kataloqlardan silsinlər. Onları satışa çıxarmamışam, çünki rus dilində hasilə gəlmiş bu kitablarda Böyük Vətən müharibəsində şəhid olmuş, itgin düşmüş dədələr haqqında dəqiq məlumatlar vardı və yəqin ki, hələ uzun müddət nəvələrdən ötrü maraqlı olacaqdı. Əgər kimdəsə varsa, kiməsə lazım deyilsə, yaxud şor bükülmək üçün istifadə ediləcəksə, inboksuma yazsınlar. Satın alıb xarici ölkələrə göndərim ki, oradakı məzarlarlıqlarda uyuyan soydaşlarımızın qəbirlərinə yaxşı baxsınlar.
Daha bir kitab (Şimali Qafqaz) borcluyam, ömür imkan versə, yazıb qələmi qoyuram yerə. UNUTSAQ, UNUDULARIQ!
“Biz olan evdə haçan vardı kitab?” - M.Ə.Sabir.
Özü də əcnəbi dilində!


Qələmə rekviyem
Qələmə rekviyemQələmə rekviyem
Qələmə rekviyem























İnform.az

Baxış sayı: 419