Ədəbiyyat
20.02.2017 / 12:30

Kölgəyə

KölgəyəLəman Məmmədova














Yoxdur bağçalarda lalə, bənövşə,
Gizlidir qəlbimdə sehirli köşə,
Fələk hardan bilsin, nədir bu nəşə?
Səni yaddaşımda unudub gedir.

Yoxdur yalnızlığın başqa dərmanı,
Hansı qələm verir bu cür fərmanı?!
Adımı qoyublar yel dəyirmanı,
Küləksiz pərlərim boşalıb gedir.

Yaranan yaralı, Yaradan susur,
Gözlər özgəsində axtarır qüsur,
Sənsizlik elə bil ömrümü pusur,
Gələnlər kölgənə aldanıb gedir.

İnform.az

Baxış sayı: 502