Şərhlər
13.02.2017 / 17:23

Qadından qisas alanlar

Qadından qisas alanlarBəybala Mirzəyevin facebook səhifəsindən:

ATATÜRKƏ QARŞI HÖRMƏTSİZLİK-Anasının büstünü parçaladılar!

Adanada Atatürkün anası Zübeydə xanımın adını daşıyan parkda abidəsini parçalayıblar.
Zübeydə xanımın adına park Adana şəhər bələdiyyəsi tərəfindən açılıb.Şəxsiyyəti naməlum şəxslər parkdakı heykəli dağıdıblar. Naməlum şəxslər tərəfindən Zübeydə xanımın heykəlinin baş hissəsi zərər görüb. Lakin bu hadisə yerli camaatın sərt reaksiyasına səbəb olub.
Seyhan çayının sahilində və Atatürkün evinin qarşısında olan parkda baş verən hadisəyə reaksiya göstərən vətəndaşlar deyib: "Bizim gördüyümüzü parkı təmizləyən bələdiyyə işçiləri görmür?
Xüsusilə də "CHP"-li qadınların ziyarət etdiyi parkda baş verən hadisəyə səlahiyyətli orqanların cavabı maraqla gözlənilir.



Qadından qisas alanlar

P.S.Hey gidi dünya...Hardan hara?
Bir zamanlar Türkiyədə Atatürkü ideallaşdırırdılar, bütləşdirirdilər. İndi də tam əksini edirlər. Və murdarlığın dərəcəsinə bax ki, hətta anasının heykəlindən də qisas alırlar..
Türkiyə bu qədər dəyişə bilərmiş...

İnform.az

Baxış sayı: 277